Maşın bazarında gözlənilməz vəziyyət yaranıb.
Demokrat.az-ın məlumatına görə BMW F seriyasının qiymətində artım müşahidə olunur.
Artıq əlimyandı səhifələr belə bu maşınları minimum 27 min manatdan satışa çıxarırlar.
Səbəb kimi həmin F seriyasını artıq ölkəyə gətirməyin mümkün olmaması göstərilir.
Qeyd edək ki, bu avtomobillər elan saytlarında və maşın bazarında minimum 26 minə satılsa da, əlimyandı tərzli sosial şəbəkələrdə 21-22 minə təklif olunurdu.
İslam Demokrat.az


