Türkiyəli müğənni Zeynep Bastık və aktyor sevgilisi Serkay Tütüncü evlənməyə hazırlaşırlar.
Demokrat.az xəbər verir ki, cütlüyün toyunun yay mövsümü başa çatmadan keçirilməsi planlaşdırılır.
Bastık ötən ilin may ayında Parisə səfəri zamanı Serkay Tütüncüdən evlilik təklifi aldığını xatırladaraq, toyun sentyabr ayından sonraya qalmayacağını bildirib.
Müğənninin sözlərinə görə, nikah mərasimi və toy ailə üzvlərinin və yaxın dostlarının iştirakı ilə sadə formatda təşkil olunacaq.
Qeyd edək ki, Zeynep Bastık və Serkay Tütüncü bir müddətdir münasibətdədirlər və cütlük tez-tez birlikdə ictimaiyyət qarşısına çıxır.
Leyla Demokrat.az


