Şou-biznes Özəl

Teylor Sviftin gəlinliyi ilə bağlı detallar açıqlandı

Teylor Sviftin gəlinliyi ilə bağlı detallar açıqlandı

Amerikalı müğənni Teylor Sviftin nümayəndələri onun toy geyimi ilə bağlı yeni təfərrüatları açıqlayıblar.

Demokrat.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb.

36 yaşlı pop ifaçısı Fransanın "Dior" moda evinə məxsus gəlinlikdə ailə həyatı qurub. Geyimin hazırlanmasında moda evinin kreativ direktoru Conatan Anderson iştirak edib. Nəşrin yazdığına görə, bu, Andersonun tanınmış bir məşhur üçün hazırladığı ilk "haute couture" gəlinlikdir və onun fotoları hələ də ictimaiyyətə təqdim edilməyib.

Nümayəndələrin sözlərinə görə, gəlin və bəyin – amerikalı futbolçu Trevis Kelsinin ayaqqabıları da xüsusi sifarişlə fransız modelyeri Kristian Lubuten tərəfindən hazırlanıb. Bildirilib ki, müğənninin toy obrazını "Cartier" zinət əşyaları tamamlayıb.

Bundan əvvəl "Page Six" yazmışdı ki, Teylor Svift və Trevis Kelsi möhtəşəm toy mərasimindən əvvəl "Madison Square Garden" stadionunda rəsmi nikaha daxil olublar.

Jalə Demokrat.az

D
demokrat.az