Maraqlı

Toydan əvvəl vəfat edən nişanlısının maketi ilə evləndi

Toydan əvvəl vəfat edən nişanlısının maketi ilə evləndi

Malayziyada baş verən hadisə sosial şəbəkələrdə maraq doğurub. Gənc bəy toylarına bir neçə ay qalmış vəfat edən nişanlısı ilə dəfn günündə simvolik evlilik mərasimi keçirib.

Con adlı şəxs iyunun 23-də vəfat edən bloqer nişanlısı SaKira So ilə planlaşdırdıqları toyu fərqli formada gerçəkləşdirib. Cütlük bu ilin noyabr ayında rəsmi nikah bağlamağı planlaşdırırdı.

Dəfn mərasiminin son günündə Con çinlilərin qədim ənənələrindən sayılan "ruh toyu" ritualını yerinə yetirib. Güllərlə bəzədilmiş yol boyunca tabuta yaxınlaşan bəyin qarşısında gəlinlik geyimində, real ölçüdə hazırlanmış SaKira Sonun maketi qoyulub.

Mərasim zamanı cütlüyün birlikdə çəkilmiş görüntüləri böyük ekranda nümayiş etdirilib. Con göz yaşları içində maketin barmağına toy üzüyü taxıb. Daha sonra qonaqların iştirakı ilə toy tortu kəsilib və ənənəvi çay mərasimi keçirilib.

Con mərasimdən sonra mərhum nişanlısının sosial şəbəkə hesabında da paylaşım edib. O, növbəti həyatda yenidən onunla qovuşacağına və bir daha ayrılmayacaqlarına inandığını bildirib.

Demokrat.az

D
demokrat.az