Dünya Özəl

Rusiyanın hücumuna görə Ukraynanın bu şəhəri təxliyə edilir

Rusiyanın hücumuna görə Ukraynanın bu şəhəri təxliyə edilir

Rusiyanın kütləvi hücumundan sonra partlamamış sursatların detonasiya təhlükəsi ilə əlaqədar Vışneve şəhərində və Kryukivşçına kəndində könüllü təxliyə elan olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Vışneve şəhər ərazi icması "Facebook" sosial şəbəkəsində məlumat yayıb.

Əvvəlcə icma sakinlərinə və müəssisələrin əməkdaşlarına iş yerlərinə getməmək və küçəyə çıxmamaq tövsiyə olunub. Xəbərdarlıq Kiyev, Svyatoşın, Park, Lesya Ukrainka, Avropa, Balukov, Dəmir yolu və Cənub küçələrinə şamil edilib.

Məlumatda bildirilir ki, Vışneve şəhərində düşmənin kütləvi hücumu nəticəsində partlamamış sursatlar aşkarlanıb və onların detonasiya təhlükəsi qalır.

"Bu sursatlar ölümcül təhlükə yaradır və istənilən an partlaya bilər", deyə açıqlamada vurğulanıb.

Bununla yanaşı, bütün fövqəladə və operativ xidmətlər hücumun nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub. Zərurət yarandıqda Ukrayna Milli Polisi və Dövlət Fövqəladə Hallar Xidməti təhlükəli ərazilərdən əhalinin təxliyəsini həyata keçirir.

Sakinlərdən sakitliyi qorumaq, məsul qurumların göstərişlərinə əməl etmək, həmçinin özləri ilə şəxsiyyət sənədləri, zəruri dərmanlar, su və ən vacib əşyaları götürmək xahiş olunub.

Ukraynanın daxili işlər naziri İhor Klimenkonun verdiyi məlumata görə, Kiyev vilayətində Rusiya hücumu nəticəsində indiyədək 3 nəfər həlak olub. Nazir bildirib ki, Vışnevedə detonasiya təhlükəsinə görə təhlükəli ərazidən sakinlərin təxliyəsinə başlanılıb:

"Artıq 500-dən çox insan işlər başa çatana qədər təhlükəsiz yerə köçürülüb. Həmçinin zərər görmüş fərdi yaşayış evlərinə baxış keçiririk ki, heç bir zərərçəkən diqqətdən kənarda qalmasın".

Jalə Demokrat.az

D
demokrat.az