Sosial

Bakıda bu avtobuslar pulsuz oldu — VİDEO

Bakıda bu avtobuslar pulsuz oldu — VİDEO

Bakının mərkəzindəki piyada zonalarında əhalinin rahatlığını artırmaq üçün yeni layihəyə start verilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şəhərin piyadayönümlü mühitini inkişaf etdirmək məqsədilə ödənişsiz mikroavtobuslar istifadəyə verib.

Bu addım avtomobillərin girişinə məhdudiyyət qoyulan sahələrdə yerləşən kafelərə, istirahət və parklanma yerlərinə gediş-gəlişi asanlaşdırmaq məqsədi daşıyır.

Sakinlərin operativ daşınması üçün ilkin mərhələdə iki fərqli hərəkət istiqaməti təyin olunub. İlk xətt olan C1 şatlı Xaqani bağı ilə Zərifə Əliyeva küçəsinin sonu arasında sərnişin daşıyır. Digər C2 nömrəli mikroavtobus isə Sabir bağından hərəkətə başlayaraq Əziz Əliyev küçəsinin sonuna qədər hərəkət edir.

Pulsuz fəaliyyət göstərən nəqliyyat vasitələri vaxt itkisini azaltmaq üçün 7-10 dəqiqəlik intervalla çalışır. Şatllar hələlik yalnız şənbə, bazar və rəsmi bayram günlərində saat 12:00-dan gecə 00:00-dək sərnişinlərə xidmət edəcək. Yeni mikroavtobusların tamamilə ekoloji təmiz olması paytaxtda dayanıqlı mobilliyin inkişafına və piyadaların daha rahat hərəkətinə geniş imkanlar açır.

Demokrat.az
D
demokrat.az