Sağlamlıq Özəl

Həkim infarkt riskini bir neçə dəqiqəyə müəyyən etməyin üsulunu açıqladı

Həkim infarkt riskini bir neçə dəqiqəyə müəyyən etməyin üsulunu açıqladı

İnfarktın qarşısını almağın ən təsirli yolu risk amillərini vaxtında müəyyənləşdirməkdir. Kardioloq Françesko Lo Monako bildirib ki, 40 yaşdan yuxarı qadınlar ürək tutması riskini qiymətləndirmək üçün dörd əsas sağlamlıq göstəricisini mütəmadi yoxlamalıdırlar.

Demokrat.az xəbər verir ki, həkimin sözlərinə görə, ilk növbədə arterial təzyiqə nəzarət edilməlidir. İstirahət vəziyyətində qan təzyiqinin yüksək olması ürək-damar sistemi ilə bağlı problemlərin və infarkt riskinin artmasına işarə edə bilər.

Mütəxəssis qeyd edib ki, qanda xolesterinin və acqarına qan şəkərinin səviyyəsi də mütləq yoxlanmalıdır. Bu göstəricilərin normadan yüksək olması damarların zədələnməsi və ürək-damar xəstəliklərinin inkişaf ehtimalını artırır.

Həkim həmçinin bədən kütlə indeksinin hesablanmasını və bel çevrəsinin ölçülməsini vacib sayıb. Onun sözlərinə görə, bu iki göstərici birlikdə qiymətləndirilməlidir. Çünki yalnız bədən kütlə indeksinə və ya təkcə bel çevrəsinə əsasən artıq çəki və sağlamlıq riskləri barədə dəqiq nəticə çıxarmaq mümkün olmur.

Kardioloq vurğulayıb ki, sadalanan göstəricilərin mütəmadi nəzarətdə saxlanılması ürək-damar xəstəliklərinin erkən aşkarlanmasına, infarkt riskinin vaxtında müəyyən edilməsinə və lazımi profilaktik tədbirlərin görülməsinə imkan yaradır.

Jalə Demokrat.az

D
demokrat.az