Şou-biznes Özəl

Kamera arxasında bir-birinə nifrət edən məşhur cütlüklər — FOTOLAR

Kamera arxasında bir-birinə nifrət edən məşhur cütlüklər — FOTOLAR

Ekranda ideal görünən məşhur aktyor cütlüklərinin kameraarxası münasibətləri müzakirə yaradıb.

Demokrat.az xəbər verir ki, jurnalist Birsen Altuntaş və televiziya şərhçisi Elçin Ateş qatıldıqları proqramda televiziya ekranlarında böyük rəğbət qazanan bəzi aktyor cütlüklərinin kameraarxası münasibətləri ilə bağlı diqqətçəkən açıqlamalar veriblər.

Elçin Ateş "YouTube"da yayımlanan "Dolu TV" proqramında bildirib ki, son dövrdə eyni layihədə rol alan Çağatay Ulusoy və Demet Özdemir çəkiliş meydançasında yaxın münasibətdə olmasalar da, ekranda uğurlu tərəfdaşlıq nümayiş etdirə biliblər.

Kamera arxasında bir-birinə nifrət edən məşhur cütlüklər — FOTOLAR

Müzakirə daha sonra "Kara Sevda" serialının baş rol ifaçıları Burak Özçivit və Neslihan Atagülə yönəlib. Birsen Altuntaşın sözlərinə görə, məşhur serialın çəkilişləri zamanı aktyorlar arasında münasibətlər gərgin olub.

Kamera arxasında bir-birinə nifrət edən məşhur cütlüklər — FOTOLAR

"Kara Sevda"nın Beynəlxalq Emmy Mükafatına layiq görüldüyünü xatırladan Altuntaş bildirib ki, Burak Özçivit və Neslihan Atagül şəxsi münasibətlərində problemlər yaşasalar da, bunu ekranda hiss etdirməyərək peşəkar oyun sərgiləyiblər.

Jurnalistin sözlərinə görə, serialın başa çatmasından illər keçməsinə baxmayaraq, tərəflər arasında münasibətlər hələ də normallaşmayıb. O, Neslihan Atagülün gələcəkdə Burak Özçivitlə yenidən eyni layihədə çəkilmək təklifinə "Olmaz" cavabı verməsini buna nümunə göstərib.

Aktyorların özləri isə bu iddialarla bağlı hər hansı açıqlama verməyiblər.

Leyla Demokrat.az

D
demokrat.az