Dünya

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 22-yə çatıb, 100-dən çox insan yaralanıb

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 22-yə çatıb, 100-dən çox insan yaralanıb

İyulun 2-nə keçən gecə Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəisi Timur Tkaçenko bildirib.

"Kiyevdə Rusiya zərbələrinin qurbanlarının sayı artaraq 22-yə çatıb", - o qeyd edib.

Paytaxt polisinin məlumatına görə, zərərçəkənlərin sayı 100 nəfərə çatıb.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, raketlərdən birinin Darnitsa rayonundakı binaya düşməsi nəticəsində 64 mənzil dağılıb, dağıntıların təmizlənməsi davam edir. Kiyevdə ümumilikdə 130-dan çox ev zərər görüb.

Demokrat.

D
demokrat.az