Aralıq dənizində, Türkiyənin Muğla əyalətinin Datça rayonu sahilləri yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
AFAD-ın məlumatına görə, zəlzələ yerli vaxtla saat 14:06-da qeydə alınıb. Yeraltı təkanların episentri Aralıq dənizində, Datça rayonundan təxminən 137,45 kilometr məsafədə yerləşib.
Bildirilib ki, zəlzələ ocağı yerin 19,87 kilometr dərinliyində qeydə alınıb.
Jalə Demokrat.az


