Şou-biznes Özəl

Məşhur türk komediyaçı saxlanıldı

Məşhur türk komediyaçı saxlanıldı

Stand-up çıxışı zamanı çəkilmiş videodan kadrların sosial media hesablarında paylaşılmasından sonra İstanbul Respublika Baş Prokurorluğu tərəfindən barəsində istintaq başladılan komediya ustası Deniz Göktaş saxlanılıb.

Demokrat.az xəbər verir ki, o, xaricdən dönüşü zamanı İstanbul Hava Limanında polis tərəfindən nəzarətə götürülüb.

Göktaşın çıxışlarından bəzi hissələrin yer aldığı X paylaşımlarına giriş “milli təhlükəsizlik və ictimai asayişin qorunması” əsas göstərilərək məhdudlaşdırılıb. İstanbul Respublika Baş Prokurorluğunun açıqlamasında bildirilib ki, bəzi sosial media platformalarında yayımladığı məzmunlarda cinayət tərkibli ifadələr müəyyən edilən şübhəli Deniz Göktaş barədə istintaq başladılıb.

Xaricdə olan Deniz Göktaş ölkəyə qayıdarkən pasport nəzarəti zamanı saxlanılıb və Vətən prospektində yerləşən Təhlükəsizlik Şöbə İdarəsinə aparılıb. Onun istintaq çərçivəsində ifadə verməsi gözlənilir.

Onun 1 iyunda Harbiye Cəmil Topuzlu Açıqhava Teatrında səhnələşdirdiyi qapalı satışlı stand-up proqramı 24 iyunda “YouTube” platformasında yayımlanmış, ilk gün 1 milyon baxışa çatmış, qısa müddətdə bu rəqəm milyonlarla ifadə olunmuşdu. “Ölü dəniz” adlı çıxış siyasi satira nümunəsi kimi diqqət çəkmiş, həm tərif, həm də tənqidlərə səbəb olmuşdu. Çıxışdan kadrlar sosial mediada geniş yayılmışdı.

Məşhur türk komediyaçı saxlanıldı

Məşhur türk komediyaçı saxlanıldı

Jalə Demokrat.az

D
demokrat.az