Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) gələcək prioritetlərinin formalaşdırılmasına töhfə veriləcək.
Demokrat.azxəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı"nda deyib.
Onun sözlərinə görə, QDTİB Rəhbərlər Şurasının 28-ci illik iclasının Bakıda keçirilməsi Azərbaycanın bankla möhkəm əməkdaşlığını, həmçinin regional tərəfdaşlığa, inteqrasiyaya və dayanıqlı inkişafa sadiqliyini nümayiş etdirir: "Bu mühüm toplantıya ev sahibliyi etməkdən məmnunuq və əminik ki, burada aparılacaq müzakirələr bankın gələcək fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsinə və Qara dəniz regionunda rolunun daha da güclənməsinə töhfə verəcək. QDTİB-nin 2025-ci il üzrə illik hesabatı göstərir ki, Qara dəniz regionu qlobal qeyri-müəyyənliklər fonunda dayanıqlığını qoruyub saxlayıb. Hesabata əsasən, 2025-ci ildə region iqtisadiyyatı 2,9 % artıb, üzv ölkələrdə sağlam makroiqtisadi göstəricilər ümumilikdə qorunub".(Report)
Demokrat.az


