Şou-biznes Özəl

Ebru Gündeş yeni görünüşü ilə gündəmdə — FOTO

Ebru Gündeş yeni görünüşü ilə gündəmdə — FOTO

Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş son günlərdə yeni görünüşü ilə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Uzun illərdir güclü səsi və səhnə performansı ilə tanınan sənətçinin estetik müdaxilədən sonra xeyli dəyişdiyi iddia olunur.

Sənətçi musiqi karyerasına 1990-cı illərdə başlayıb və “Tanrı Misafiri” albomu ilə geniş auditoriya qazanıb. “Fırtınalar”, “Çingenem”, “Dön Ne Olur” kimi hit mahnılarla böyük uğurlar əldə edən Gündeş həmçinin televiziya layihələri və “O Ses Türkiye” proqramındakı münsifliyi ilə də tanınır.

Son dövrdə isə onun üz cizgilərindəki dəyişiklik diqqət çəkib. İddialara görə, müğənni “mini facelift” kimi tanınan yarım üz gərmə əməliyyatı etdirib. Bu dəyişiklikdən sonra daha gənc və fərqli bir görkəmə sahib olduğu sosial mediada geniş şəkildə paylaşılıb.

Müğənninin konsert zamanı özü də estetik müdaxilə etdiyini açıqladığı və “yarım üz gərmə etdirdim” sözləri ilə dəyişimi təsdiqlədiyi bildirilir.

Qeyri-rəsmi məlumatlara görə, əməliyyatın bahalı bir klinikada həyata keçirildiyi və yüksək qiymətə başa gəldiyi iddia olunur, lakin bu məlumatlar təsdiqlənməyib.

Sosial şəbəkə istifadəçiləri isə sənətçinin yeni görünüşünü müzakirə etməyə davam edirlər.

Ebru Gündeş yeni görünüşü ilə gündəmdə — FOTO
Leyla Demokrat.az

D
demokrat.az