Dünya

Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 15:56-da (Bakı vaxtı ilə saat 16:56 - red.) qeydə alınıb.

Yeraltı təkanların dərinliyi 11.22 kilometr olub.

İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.

Demokrat.az

D
demokrat.az