Qardaş ölkə Türikiyənin quru sərthıdlərinin tam uzunluğu 2.949 kilometrədir.
Avropada Yunanıstan, Bolqarıstan, Asiyada isə Suriya, İraq, İran, Azərbaycan, Ermənistan və Gürcüstanla həmsərhəd olan Türkiyənin sərhəd xətti çətin coğrafi relyefi əhatə edir və uzun illər tam nəzarət altında olmayıb.
Müxtəlif xarici qüvvələrin maraqlarına işləyən onlarla terror təşkilatının yuvasına çevrilmiş, keçilməz dağlıq ərazini əhatə edən sərhəd bölgələri günümüzdə türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən tam nəzarət altına alınıb.
Demək olar ki, Suriya, İraq və İranla sərhəddə ən xırda dağ cığırı belə ən müasir texnoloji vasitələrlə müşahidə olunur. Belə demək mümkünsə, sözün səl mənasında, bügünkü Türkiyənin sərhədlərində quşların uçuşu belə təhlükəsizlik qüvvələrinin nəzarətindədir.
Demokrat.az "Haber Global" telekanalının qardaş ölkənin sərhıdlərindən hazırladığı geniş reportajı sizə təqdim edir:
Alparslan Demokrat.az


