Cəmiyyət

Təltif olunan 7 hərbçi ilə bağlı diqqət çəkən məqam

Təltif olunan 7 hərbçi ilə bağlı diqqət çəkən məqam

Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası uğrunda canından keçən Müdafiə Nazirliyinin hərbi qulluqçularını və mülki işçilərini təltif edib.

Sərəncamla mükafatlandırılanlar arasında Biləsuvar rayonunun Çaylı kənd sakinləri də var.

Həmin kənd 44 günlük Vətən müharibəsində yeddi şəhid verib. Dövlət başçısının qərarı ilə onların hamısı ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Yüksək dövlət mükafatı ilə təltif edilən çaylılı döyüşçülər gizirlər Elməddin Babayev, Sahil Məmişli, Cahid Qəniyev, kiçik çavuş Elvin Kərimov, əsgərlər Amid Əliyev, Kamran Məmmədzadə və Elnur Allahverdiyevdir. (qafqazinfo.az)

Demokrat.az

D
demokrat.az