Hadisə

Bakı-Qazax yolunda baş verən ağır qəzaların anbaan görüntüləri

Bakı-Qazax yolunda baş verən ağır qəzaların anbaan görüntüləri

Bakı-Qazax magistralında iki fərqli yük avtomobilinin iştirakı ilə yol qəzaları qeydə alınıb. Hadisələrdən biri Göygöl, digəri isə Kürdəmir rayonu ərazisində baş verib.

Göygöldən keçən hissədə əcnəbi vətəndaşın idarə etdiyi MAN markalı yük maşını qarşıda gedən "VAZ" markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən minik maşını idarəetmədən çıxaraq yoldan kənara aşıb.

Digər hadisə zamanı isə Kürdəmirdə "KamAZ" markalı qoşqulu yük maşını idarəetməni itirərək su kanalına düşüb.

Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, hadisələr zamanı insan itkisi qeydə alınmayıb.

İlkin təhlillər göstərir ki, qəzalara sürücülərin yorğunluq, yuxusuzluq və ya sükan arxasında diqqətin yayınması səbəb olub.

Qurum sürücüləri, xüsusilə yük və sərnişin daşıyan şəxsləri uzaq yolda iş və istirahət rejiminə ciddi əməl etməyə çağırır.

Demokrat.az

D
demokrat.az