Kriminal Özəl

"Arvadımı ayaqqabı ilə döydüm, hirsim soyudu"

Arvadımı ayaqqabı ilə döydüm, hirsim soyudu

Balakən rayonunda ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1991-ci il təvəllüdlü Ruslan yaşadığı evdə birgə yaşadığı Ülkərlə mübahisə zamanı ayağındakı uzunboğaz əsgər çəkməsini çıxararaq onun sifətinə və başına dəfələrlə zərbə vurub.

İş materiallarına əsasən, Ruslan məhkəmədə təqsirini etiraf edib. O bildirib ki, Ülkərlə 12 ildir birlikdə yaşayır və onların iki övladı var.

"Son vaxtlar Ülkərlə tez-tez mübahisələrimiz baş verirdi. Buna səbəb onun gündəlik məişət işlərinə və azyaşlı övladlarımıza baxmağa laqeyd yanaşdığını düşünməyim idi. Hadisə günü həyətdə paltar asmaq üçün olan ipi bağlamağımı istədi. Mən bunu sonra edəcəyimi dedim. O isə tələsdiyini bildirərək təkrar israr etdi. Buna əsəbiləşərək paltarından tutub hamama apardım. Ayağımdakı uzunboğaz əsgər çəkməsini çıxarıb dəfələrlə üzünə və başına vurdum. Sonra əsəbim soyudu və həyətə düşdüm"– deyə o ifadəsində bildirib.

Balakən Rayon Məhkəməsinin hökmü ilə Ruslan aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli

D
demokrat.az