Dünya

"Bu mübahisəni uzatmaq niyyətində deyiləm" — Meloni

Bu mübahisəni uzatmaq niyyətində deyiləm — Meloni

İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ Prezidenti Donald Tramp ilə yaşanan söz mübahisəsindən sonra Roma və Vaşinqton arasında münasibətlərin yenidən normallaşacağına ümid etdiyini bildirib.

Demokrat.az xəbər verir ki, Meloni qarşıdurmanın davam etdirilməsində maraqlı olmadığını vurğulayıb.

“Bu mübahisəni uzatmaq niyyətində deyiləm. Düşünürəm ki, ABŞ-la ikitərəfli əməkdaşlığımız yenidən normal məcraya qayıtmalıdır”, – deyə o qeyd edib.

Xatırladaq ki, qalmaqal Trampın Meloni barədə səsləndirdiyi fikirlərdən sonra yaranıb. ABŞ lideri müsahibəsində İtaliya hökumət başçısının onunla birgə foto çəkdirmək üçün israr etdiyini iddia etmişdi.

Meloni isə bu açıqlamaya sərt reaksiya verərək sosial şəbəkədə paylaşım edib və bildirib ki, nə özü, nə də İtaliya heç vaxt heç kimdən belə bir xahiş edib. O, həmçinin Trampın müttəfiqlərə münasibətdə sərgilədiyi bu cür davranışdan təəccübləndiyini vurğulayıb.

Demokrat.az

D
demokrat.az