Türkiyənin tanınmış müğənnisi Soner Arıcanın anası, ustad aktyor Kadir İnanırın bacısı Altun Arıca vəfat edib. 95 yaşlı qadın müalicə olunduğu xəstəxanada həyatını itirib.
Mərhum uzun müddətdir Ordunun Fatsa rayonundakı özəl xəstəxanalardan birində müalicə alırdı. Altun Arıca həmçinin mərhum milli futbolçu Ərdoğan Arıcanın anası, aktyor Levent İnanır və Bülent Arıcanın bacısıdır. O, sabah doğulduğu Fatsa rayonunda dəfn olunacaq.
Digər tərəfdən, Kadir İnanırın da səhhətində ciddi problemlər yaşanır. May ayında xəstəxanaya yerləşdirilən 77 yaşlı aktyor reanimasiya şöbəsinə götürülüb. Həkimlər sənətkara sətəlcəm diaqnozu qoyublar. Süni nəfəs aparatına qoşulan aktyorun müalicəsi hazırda davam edir.
Demokrat.az


