Region

İcevan yaxınlığında zəlzələ oldu

İcevan yaxınlığında zəlzələ oldu

Ermənistanın İcevan şəhəri yaxınlığında zəlzələ qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı yerli seysmoloji xidmətlər yayıb.

Episentri İcevan şəhərindən 20 kilometr şimal-qərbdə yerləşən yeraltı təkanların maqnitudası 2,1 təşkil edib. Zəlzələnin episentrində təkanların gücü 2-3 bal olub. Təbiət hadisəsi Tavuş vilayətinin İcevan və Noyemberyan şəhərlərində, eləcə də Qoğb, Açacur və Voskepar kəndlərində 2-3 bal gücündə hiss olunub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Demokrat.az

NE
Nihadə Eyyubova