TikTok bloqeri Alina Voronina növbəti gecə hücumu zamanı Kiyevdəki vəziyyəti əks etdirən videogörüntülər paylaşıb.
Demokrat.az xəbər verir ki,Kiyev və Ukraynanın digər şəhərləri yüzlərlə dron və onlarla raketin istifadə edildiyi güclü hava hücumuna məruz qalıb. Son ayların ən böyük hava hücumlarından biri dinc sakinlərin ölümünə, yaralanmasına və ciddi dağıntılara səbəb olub. Yaşayış binaları, mülki infrastruktur və tarixi obyektlər zərər görüb.
Alina Voroninanın sosial şəbəkədə paylaşdığı video qısa müddətdə minlərlə baxış və yüzlərlə şərh toplayıb. Videoda kiyevlilərin sığınacaqlardakı çətin anları yer alıb.
Bloqer çətinliklərə baxmayaraq ukraynalıların sarsılmadığını və güclü iradə nümayiş etdirdiyini vurğulayıb.
Mütəmadi olaraq Kiyevdəki müharibə reallıqlarını, gündəlik həyatı və raket zərbələrinin fəsadlarını işıqlandıran Alinanın bu paylaşımları dünya ictimaiyyətinə Ukraynadakı müharibənin hələ də davam etdiyini və hər gecənin dinc sakinlər üçün böyük sınağa çevrildiyini növbəti dəfə xatırladır.
@alina.voronina.av #Київ🇺🇦 #ОбстрілКиєва #Україна🇺🇦 #Війна #UkraineUnderAttack ♬ Apocalypse - Alex From Space
İsmayıl Demokrat.az


