Şou-biznes Özəl

Türkiyədə onlyfans işlədənlərin əmlakları əllərindən alındı

Türkiyədə onlyfans işlədənlərin əmlakları əllərindən alındı

Türkiyədə OnlyFans platforması ilə bağlı aparılan istintaqda yeni mərhələ başlayıb. Prokurorluq 27 sosial media fenomeni haqqında ittiham aktını tamamlayıb.

Demokrat.az xəbər verir ki, ittiham aktında hər təqsirləndirilən şəxs üçün 10 ilədək həbs cəzası tələb olunur. Onlar seksual məzmunlu görüntülər paylaşaraq gəlir əldə etməkdə ittiham edilirlər.

İstintaq çərçivəsində 14 fenomenin əmlakına da həbs qoyulub. Onlar cinayət yolu ilə gəlir əldə etmək və çirkli pulların yuyulmasında şübhəli bilinirlər.

Məlumata görə, həbs qoyulan əmlaklar arasında avtomobillər, mənzillər, torpaq sahələri, ofislər, kriptovalyuta aktivləri və bank hesabları var.

İstintaq materiallarında yer alan məlumata əsasən, Azranur Ay Vandanın motosikleti, Antalyadakı yaşayış evi və bütün bank hesabları üzərində məhdudiyyət tətbiq olunub. Onun kriptovalyuta aktivləri də dondurulub.

Ebru Armanın adına qeydiyyatda olan üç avtomobilə həbs qoyulub. Burçin Erolun avtomobili və maliyyə hesabları da istintaq tədbirlərinə cəlb edilib.

Serpil Cansızın avtomobili, Yağmur Şimşəyin isə minik avtomobili üzərində məhdudiyyət tətbiq olunub.

Öznur Güvənin Niğdədə yerləşən yaşayış evi istintaq siyahısına daxil edilib. Cansu Bade Taşa məxsus iki avtomobil də həbs qoyulan əmlaklar arasındadır.

Kübra Yurdakulun Antalyadakı yaşayış evi və avtomobili də siyahıda yer alıb. Ceyda Ersoya məxsus Mersin və Şişlidəki daşınmaz əmlaklar da istintaq tədbirlərinə məruz qalıb.

Dilbər Doğanın Antalyadakı yaşayış evinə həbs qoyulub. Nisanur Kavakın avtomobili də məhdudiyyət tətbiq edilən əmlaklar sırasındadır.

Zeynəb Alkanın Bornovadakı iki ofisi və avtomobili üzərində də həbs qərarı çıxarılıb. Kubilay Meriç Aydemirə məxsus avtomobil də siyahıya daxil edilib.

Zahidə Güvənin Marmara Ereğlisində yerləşən üçmərtəbəli evi və Aksaraydakı torpaq sahəsi də istintaq çərçivəsində nəzarətə götürülüb. İstintaqın növbəti mərhələsində məhkəmə prosesinin başlanacağı gözlənilir. Yekun qərarı məhkəmə verəcək.

Qeyd edək ki, ittiham aktının hazırlanması şəxslərin təqsirli olması anlamına gəlmir. Təqsirlilik yalnız məhkəmə qərarı ilə müəyyən edilir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova