Ekspertlər yay səfərləri zamanı sürücülərin qarşılaşa biləcəyi təhlükələr barədə xəbərdarlıq ediblər. İsti hava, güclü yağışlar və uzun yollar səyahətləri gözlənilməz edir.
Demokrat.az xəbər verir ki, mütəxəssislər avtomobildə rahatlığı qorumağın yollarını açıqlayıblar.
İsti havada salon cəmi 20-30 dəqiqə ərzində həddindən artıq qıza bilər. Buna görə də maşında günəşdən qoruyucu aksesuarlar saxlamaq lazımdır. Qoruyucu ekranlar və pərdələr salon daxilində temperaturu aşağı saxlayır. Həmçinin elektronikanı və plastik hissələri solmaqdan qoruyur. Sürücülər üçün günəş eynəkləri də qəza riskini xeyli azaldır.
Ekspertlər ilk yardım çantasına mövsümi dərmanlar əlavə etməyi məsləhət görürlər. Bura həşərat dişləmələrinə qarşı və qızdırmasalan preparatlar daxildir. Səfər zamanı günəş kremi və yanıq əleyhinə vasitələr də faydalı olur. Uzun yollarda isə ürəkbulanmasına qarşı dərmanlar lazımdır.
Yayda ön şüşə həşərat izləri və tozla daha tez çirklənir. Sürücülərə maşında əlavə şüşəyuyan maye və mikrofiber bez saxlamaq tövsiyə olunur. Çirkli şüşə xüsusilə axşam saatlarında görmə qabiliyyətini pisləşdirir. Təbiət qoynuna səfərlərdən sonra salonda qum və zibil yığılır. Təmizlik üçün nəm salfetlər və kiçik zibil qabı kömək edir.
Yayda hava şəraiti qəfildən pisləşə bilər. Güclü yağış və külək səfərlərdə tez-tez baş verir. Maşında yağışlıq, fənər və ehtiyat ayaqqabı saxlamaq lazımdır. Şüşə silənlərin vəziyyətini yoxlamaq da vacibdir. Çünki günəş şüaları rezin hissələri tez sıradan çıxarır. Yolda uzunmüddətli dayanmalar zamanı içməli su ehtiyatı mütləqdir.
Səfərdən əvvəl avtomobilin texniki vəziyyəti mütləq yoxlanılmalıdır. Soyuducu mayenin səviyyəsi, təkərlər və kondisioner diqqətdə saxlanılmalıdır. Mühərrikin qızması yolda qəfil dayanmaların ən çox rast gəlinən səbəbidir. İsti havada salonda sənədlər, dərmanlar və aerozollar buraxmaq olmaz.
Bundan əvvəl avtoekspert Dmitri Slavnov da kondisioner barədə danışıb. Mütəxəssis kondisioneri mühərrik işə düşən kimi dərhal yandırmağın təhlükəsiz olduğunu bildirib.
Yəni ekspertlər yayda maşınla yola çıxanlara tapşırır ki, ehtiyatlı olsunlar. İsti havada motorun qaynatması ən çox baş verən problemdir, ona görə də antifrizi və təkərləri yoxlamadan çıxmayın. Maşına günəş pərdələri, bol su, şüşəyuyan maye və ilk yardım çantasına yay dərmanları qoyun. Bir də isti havada salonda telefon, sənəd və ya sprey aerozollar saxlamayın ki, yanğın ya partlayış olmasın.
İsmayıl Demokrat.az


