Dünya Özəl

Bu ölkə vətəndaşlarını İrandan təcili çıxmağa çağırdı

Bu ölkə vətəndaşlarını İrandan təcili çıxmağa çağırdı

Hindistanın Tehrandakı diplomatik nümayəndəliyi İranda yaşayan vətəndaşlarına çağırış edərək onlardan təcili şəkildə ölkəni tərk etmələrini istəyib.

Demokrat.az xəbər verir ki, rəsmi internet səhifəsində yayımlanan bəyanatda təhlükəsizlik risklərinin artdığı vurğulanıb. Səfirlik eyni zamanda digər Hindistan vətəndaşlarına da mövcud vəziyyətlə əlaqədar İrana planlaşdırılan bütün səfərləri təxirə salmağı məsləhət görüb.

Bu xəbərdarlıq bölgədə hərbi gərginliyin kəskinləşməsi fonunda edilib. Belə ki, ötən gecə İranın İsrailə qarşı hərbi əməliyyatları bərpa etməsindən sonra cavab zərbələri endirilib. İsrail ordusu səhər saatlarında paytaxt Tehran da daxil olmaqla, İranın müxtəlif şəhərlərindəki hədəfləri atəşə tutub.

Demokrat.az

NE
Nihadə Eyyubova