Maliyyə

Bakı Ekspo Mərkəzində Qala Sığortanın xüsusi tədbiri keçirildi — FOTOLAR

Bakı Ekspo Mərkəzində logistika və sığorta sektorunun aparıcı nümayəndələri toplanıb.

Məkanda keçirilən xüsusi tədbir ölkənin aparıcı yükdaşıyıcı və logistika şirkətlərini bir araya gətirib. "Qala Sığorta" şirkətinin sponsorluğu ilə baş tutan görüşdə əsas diqqət nəqliyyat və logistika sahəsində etibarlı tərəfdaşlıq əlaqələrinin qurulmasına yönəlib.

Görüşdə sığorta şirkətinin rəhbər heyəti və satış komandasının geniş tərkibdə nümayəndələri iştirak ediblər. Onlar sahənin aparıcı təmsilçiləri ilə səmərəli müzakirələr apararaq yeni əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

Tədbir iştirakçıları logistika sahəsində qarşıya çıxan risklərin düzgün idarə olunması mövzusuna xüsusi toxunublar. Yükdaşımalar zamanı təhlükəsizliyin təmin edilməsi və müasir sığorta həllərinin tətbiqi məsələləri ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüş tərəflər arasında gələcək müştərək layihələrin perspektivlərini müəyyən etmək baxımından faydalı olub.

Bakı Ekspo Mərkəzində Qala Sığortanın xüsusi tədbiri keçirildi — FOTOLAR

Bakı Ekspo Mərkəzində Qala Sığortanın xüsusi tədbiri keçirildi — FOTOLAR

Bakı Ekspo Mərkəzində Qala Sığortanın xüsusi tədbiri keçirildi — FOTOLAR

Bakı Ekspo Mərkəzində Qala Sığortanın xüsusi tədbiri keçirildi — FOTOLAR

Bakı Ekspo Mərkəzində Qala Sığortanın xüsusi tədbiri keçirildi — FOTOLAR

Bakı Ekspo Mərkəzində Qala Sığortanın xüsusi tədbiri keçirildi — FOTOLAR

Bakı Ekspo Mərkəzində Qala Sığortanın xüsusi tədbiri keçirildi — FOTOLAR

NE
Nihadə Eyyubova