Bakıda 67 yaşlı kişi qeyri-rəsmi nikahda yaşadığı arvadını döyüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Tahir kirayə yaşadığı mənzildə qeyri-rəsmi nikah münasibətində yaşadığı Elmira (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında yaranmış münaqişə zamanı o, əl zərbələri ilə Elmiranın baş nahiyəsindən vuraraq onu döyüb, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını deyib. Zərərçəkmiş də ifadəsində Tahiri bağışladığını, ona qarşı şikayətini geri götürdüyünü söyləyib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə Tahirin barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


