Fenq-şuy təlimlərinə görə, insanın geyim tərzi onun daxili vəziyyətini əks etdirir və düzgün seçilmiş geyim uğur, inam və müsbət enerji cəlb edə bilər. Əksinə, köhnəlmiş, zədələnmiş və ya baxımsız geyimlərin mənfi təsir yarada biləcəyi iddia olunur.
Demokrat.az xəbər verir ki, bu barədə “Glamour” portalı yazır.
Qeyd olunur ki, bu yanaşmalar elmi əsaslara malik deyil və daha çox ənənəvi inanclara söykənir. Feng-şuy mütəxəssisləri isə vurğulayırlar ki, əsas meyar insanın özünü rahat və uyğun hiss etməsidir, sərt qaydalar isə universal norma sayılmır.
Bu çərçivədə bəzi geyim növlərinin guya “mənfi enerji” daşıdığı və uğursuzluq gətirdiyi hesab edilir.
“Uğursuz” sayılan geyimlər:
Cırıq və köhnəlmiş geyim
Fenq-şuy inancına görə, deşikli və zədələnmiş geyimlər simvolik olaraq “itki” – xüsusilə də maliyyə itkisi ilə əlaqələndirilir və bolluğun qarşısını ala biləcəyi düşünülür.
Qorxulu və aqressiv simvollar
Kəllə və skelet təsvirləri olan geyimlər bəzi interpretasiyalarda “ağır enerji” daşıyıcısı kimi qəbul edilir və mənfi emosiyalara təsir edə biləcəyi iddia olunur.
Əjdaha və müqəddəs simvollar
Əjdaha və dini fiqurların təsvirləri ehtiyatla istifadə edilməli sayılır. Bu cür motivlərin hörmətsiz şəkildə istifadəsinin arzuolunmaz nəticələr yarada biləcəyi düşünülür.
Həddindən artıq açıq geyim
Bəzi fenq-şuy yozumlarında qarın və ya çiyinləri açıq göstərən geyimlərin insanın “enerji müdafiəsini zəiflətdiyi” iddia olunur.
“X” simvolu
“X” forması bəzi ənənəvi şərhlərdə enerji axınının kəsilməsi və ya bloklanması ilə əlaqələndirilir, buna görə də geyimdə istifadəsinin məsləhət görülmədiyi deyilir.
Jalə Demokrat.az


