Ağcaqanad dişləməsinin izləri adətən bir neçə gün, bəzən isə bir həftə ərzində tamamilə yox olur.
Demokrat.az xəbər verir ki, həssas dərilərdə və ya qaşınma nəticəsində yara yarandıqda bu müddət iki həftəyə qədər uzana bilər.
İzlərin tez keçməsi və qaşınmanın dayanması üçün aşağıdakı üsullardan istifadə etmək olar:
Soyuq kompres: Dişlənmiş nahiyəyə buz qoymaq şişkinliyi azaldır və dərini keyləşdirərək qaşınmanı kəsir.
Soda pastası: Soda və suyu qarışdırıb pasta halına gətirərək izin üzərinə çəkmək iltihabı aradan qaldırır.
Aloe vera: Bu bitkinin geli dərini sakitləşdirir, bərpa prosesini sürətləndirir.
Aptek məhsulları: Antihistamin və ya hidrokortizon tərkibli kremlər qaşınmanı və qırmızılığı dərhal yatırır.
Ən vacib məqam isə dərini qaşımamaqdır. Qaşınma dərini zədələyir, infeksiya riskini artırır və izin daha gec sağalmasına səbəb olur.
Yəni ağcaqanadın buraxdığı qırmızı ləkələr normalda bir neçə günə öz-özünə keçir, lakin qaşınmanı dayandırmaq və buzu əsirgəməmək prosesi daha da sürətləndirir.
İsmayıl Demokrat.az


