Cəmiyyət

Deportasiya qurbanlarının qayıdışı mövzusu beynəlxalq müzakirəyə çıxarılır — FOTO

Deportasiya qurbanlarının qayıdışı mövzusu beynəlxalq müzakirəyə çıxarılır — FOTO

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi "Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrasını uğurla davam etdirir. Layhə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir. Layihənin icrasında Türkiyə Respublikası Bolqarıstan Türkəri Mədəniyyət və Xidmət Dərnəyi (BULTÜRK) və Özbəkistan Respublikasının “Yüksək səlahiyyət” təşkilatı tərəfdaş qismində iştirak edəcəklər.

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimainin mətbuat xidmətindən verilən məlumata görə layihə fəaliyyəti çərçivəsində Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq platforma” adlı Beynəlxalq Konfrans keçiriləcəkdir. Konfransda Türk Dövləti Təşkilatlarına (TDT) üzv dövlətlərin və türkdilli etnik xalqların dövlət və qeyri-dövlət qurumlarının təmsilçiləri, Vətəndaş Cəmiyyəti İnstitutlarının, Diaspora nümayəndələrinin və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub. Bu istiqamətdə təşkilatın beynəlxalq təcrübəli ekspertləri tərəfindən təqdimatlar həyata keçiriləcək.

Bu məqsədlə Bakı şəhərində deportasiya və soyqırım istiqamətində çalışan araşdırmaçılar,QHT rəhbərləri,dövlət qurumlarının və Qərbi Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə Dəyirmi Masa keçirilmişdir.Dəyirmi Masanın əsas hədəfi İstanbulda baş tutacaq beynəlxalq konfras öncəsi ekspertlərlə müzakirələr aparmaqdır. Bu beynəlxalq konfransın daha da keyfiyyətli,səmərəli və əhatəli təşkili üçün əhəmiyyət daşıyır.

Dəyirmi Masada Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin Prezidenti İlqar Hüseynli giriş və salamlama nitqi söyləmişdir. Daha sonra təşkilatın beynəlxalq məsələlər üzrə müavini Fərhad Qəşəmli layihənin məqsədləri barədə təqdimat edib.

Dəyirmi Masada Qərbi Azərbaycan İcmasının üzvü Rauf Zeynli, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Xatirə Vəliyeva, Azərbaycan Milli QHT Forumunun İdarə Heyyətinin sədri Ramil İsgəndərli və İdarə Heyyətinin üzvü Zaur İbrahimli və tanınmış ictimai-siyası xadimlər iştirak ediblər.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyyətinin sədri Ramil İsgəndərli çıxış edərək bildirib ki, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin icra etdiyi fəaliyyəti sadcə layihə icrası kimi deyil bir proses kimi qiymətləndirmək olar. Artıq 4-cü ildir ki,təşkilat bu istiqamət üzrə yerli və beynəlxalq səviyyədə davamlı və faydalı işlər görür. O layihənin növbəti mərhələsinin türk dilli auditoriyaya transferini yüksək qiymətləndirib və bir neçə təkliflər səsləndirib. Bildirib ki, bu xüsusda Qərbi Azərbaycana qayıdış prosesinin təqdimatı vacibdir və bu bir hüquq məsələsidir. 3 istiqamət prinsipial olaraq prioritetdir. Tarixi faktlar, Mədəni irs və milli identifikasiya, hüquq məsələləri. Bunlar beynəlxalq səviyyədə təqdim olunmaqla Azərbaycanın milli maraqları qorunmalıdır.

Daha sonra taninmiş ekspertlər,QHT rəhəbərlərindən Mirəli Hüseynli, Vüsalə Hüseynli, Zamin Zeynallı, İradə Rzazadə, Əhməd Abbasbəyli, Xatirə Vəliyeva, Aqil Camal, Rauf Zeyni və Aynurə Miriyeva çıxış edərək layihənin əhəmiyyətli olduğunu bildiriblər və faydalı təkliflər səsləndiriblər.

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin əməkdaşları tərəfindən bütün təkliflər toplanaraq layihənin strateji potensialının gücləndirilməsi məqsədilə müvafiq yol xəritəsinin hazırlanmasında istifadə olunacaq.

Deportasiya qurbanlarının qayıdışı mövzusu beynəlxalq müzakirəyə çıxarılır — FOTO

Deportasiya qurbanlarının qayıdışı mövzusu beynəlxalq müzakirəyə çıxarılır — FOTO

Deportasiya qurbanlarının qayıdışı mövzusu beynəlxalq müzakirəyə çıxarılır — FOTO

Deportasiya qurbanlarının qayıdışı mövzusu beynəlxalq müzakirəyə çıxarılır — FOTO

Deportasiya qurbanlarının qayıdışı mövzusu beynəlxalq müzakirəyə çıxarılır — FOTO

Demokrat.az

NE
Nihadə Eyyubova