Cəmiyyət

Slavyan Universiteti fəaliyyətini dayandırır? — RƏSMİ

Slavyan Universiteti fəaliyyətini dayandırır? — RƏSMİ

Bakı Slavyan Universitetinin fəaliyyətini dayandıracağı ilə bağlı bəzi iddialar yayılıb.

Demokrat.az xəbər verir ki, Bakıvaxtı.az-a daxil olan məlumata görə, bu barədə tələbələr və bəzi müəllimlər arasında söhbətlərin olduğu iddia edilir. Həmin iddialara görə, tələbələrin müxtəlif ali təhsil müəssisələrinə köçürülməsi planlaşdırılır.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən universitetin mətbuat katibi Səbinə Hüseynzadə isə yayılan məlumatları təkzib edib.

O bildirib ki, iddialar əsassızdır və Bakı Slavyan Universiteti fəaliyyətini adi qaydada davam etdirir.

NE
Nihadə Eyyubova