Demokrat.az xəbər verir ki, bunu türkiyəli məşhur aktyor Səlcuq Yöntəm teleqraf-a müsahibəsində deyib.Məşhur ekran işi dövlət və mafiya münasibətlərinə tamamilə fərqli baxış bucağı gətirərək Türkiyədə baş verən gizli prosesləri tamaşaçıya çatdıra bildi. Ekran əsərinin unudulmaz obrazlarından birini canlandıran tanınmış sənətçi layihənin uğurunun pərdəarxası məqamlarını bölüşüb.
Aktyor qeyd edib ki, əvvəllər televiziyada bu formatda mövzu işlənmədiyi üçün layihə qısa müddətdə geniş kütlənin rəğbətini qazanıb. Dövlət teatrlarında çalışan güclü aktyor heyətinin bir araya gəlməsi ekran işinin uğurunda əsas amillərdən olub. Tamaşaçıların yaddaşına həkk olunan obrazlar və sənətkarlar yetişdirən bu layihə aktyorun şəxsi xatirələrində də xüsusi yer tutur.
Səlcuq Yöntəm mövzu ilə bağlı fikirlərini bu sözlərlə ifadə edib:
“Kurtlar Vadisi” mənim üçün də çox əhəmiyyətli layihələrdən oldu. Serialın ilk 55 bölümündə rol almışam və hesab edirəm ki, həmin dövr layihənin ən yaddaqalan mərhələlərindən biri idi. Serial dövlət-mafıya münasibətlərinə fərqli prizmadan yanaşaraq Türkiyədə müəyyən hadisələri tamaşaçıya çatdırmağı bacardı. Bu mövzu əvvəllər televiziya ekranlarında bu şəkildə işlənmədiyi üçün serial qısa müddətdə böyük maraq və rəğbət qazandı. Layihənin uğurunda güclü aktyor heyətinin də mühüm rolu vardı. Dövlət teatrlarının tanınmış sənətkarlarının bir araya gətirilməsi və belə bir ekran əsərinin ərsəyə gəlməsi həqiqətən böyük nailiyyət idi. “Kurtlar Vadisi” yalnız uğurlu serial olmaqla kifayətlənmədi, eyni zamanda tamaşaçıların yaddaşında iz qoyan çoxsaylı obrazlar və sənətkarlar yetişdirdi. Mənim üçün isə serialın ilk 55 bölümü həm peşəkar fəaliyyətimdə, həm də şəxsi xatirələrimdə xüsusi yer tutur və hər zaman unudulmaz olaraq qalacaq".
Demokrat.az


