Şou-biznes Özəl

Serenay Sarıkaya sərbəst buraxıldı — FOTO

Serenay Sarıkaya sərbəst buraxıldı — FOTO

İstanbulda narkotik maddə istifadəsini asanlaşdırmaq, istifadə üçün şərait yaratmaq və narkotik istifadəçiləri ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan Serenay Sarıkaya Ədli Tibb Qurumunda analiz nümunələri götürüldükdən sonra sərbəst buraxılıb.

Bakırköy Cumhuriyet Başsavcılığı tərəfindən “istifadə məqsədilə narkotik və ya psixotrop maddə almaq, qəbul etmək, saxlamaq və ya istifadə etmək” və “narkotik vasitələrin istifadəsini asanlaşdırmaq” maddələri üzrə aparılan istintaq davam edir.

Narkotiklərlə mübarizə çərçivəsində son dövrlərdə keçirilən əməliyyatlarda ölkəyə dəniz yolu ilə gətirilmək istənilən böyük miqdarda kokain müsadirə olunub, həmçinin İstanbulun müxtəlif rayonlarında narkotik istehsalı və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

İstintaq çərçivəsində Mabel Matiz, Feyza Civelek, Onur Tuna və digər tanınmış şəxslər də daxil olmaqla bir sıra şübhəlilər barəsində əməliyyat keçirildiyi qeyd olunub.

Serenay Sarıkaya sərbəst buraxıldı — FOTO

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova