İnfrastruktur

Bakı–Tbilisi–Bakı qatarında sərnişinlər üçün 23 kq pulsuz baqaj imkanı

Bakı–Tbilisi–Bakı qatarında sərnişinlər üçün 23 kq pulsuz baqaj imkanı

Bakı-Tbilisi-Bakı sərnişin qatarında Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq.

Demokrat.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. Məlumata görə, kiçik əl yükü üçün də ödəniş tələb olunmur.

"Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər", - deyə məlumatda qeyd olunub.

Demokrat.az

D
demokrat.az