AXCP üzvünün işgəncəyə məruz qalması xəbərlərinə DİN-dən AÇIQLAMA

HADİSƏ 24 yan 2020, 21:41

Daxili İşlər Nazirliyi inzibati həbsdə olan AXCP fəalı Zamin Salayevin oğlunun guya işgəncə nəticəsində atasında olan yırtığın partlaması ilə bağlı dediklərinə münasibət bildirib. 

 

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, Zamin Salayevdə yırtıq varsa, bunun onun həbs olunması ilə heç bir əlaqəsi yoxdur:  

 

“Hər bir insanda bu xəstəlik ola bilər. Zamin Salayevdə olan yırtıq dünənin, bu günün problemi deyil. Onun bu xəstəliyi bir neçə il əvvəl yaranıb. O, özü də həkim müayinəsində olarkən bunu deyib”.  

 

Qeyd edək ki, sosial şəbəkələrdə inzibati qaydada 30 sutka həbs cəzası alan AXCP üzvü Əlizamin Salayevin saxlanma yerində işgəncəyə məruz qalmasına dair xəbərlər yayılıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top