Qlobal avtomobil sənayesində güc balansı dəyişir. Beynəlxalq brend qiymətləndirmə qurumu "Brand Finance" tərəfindən yayımlanan hesabatda dünyanın ən güclü avtomobil markaları bəlli olub.
Demokrat.az xəbər verir ki, bu barədə araşdırmada maraqlı məqamlar yer alıb. Təhlillərə görə, Hindistan istehsalçıları böyük yüksəliş edərək sektorun nəhəngləri arasında mövqelərini möhkəmləndiriblər.
"Royal Enfield", "Tata Motors", "Mahindra", "Maruti Suzuki" və "Hero" kimi markaların ön sıralara irəliləməsi diqqət çəkir. Uzun illərdir liderlik mübarizəsi aparan Almaniya nəhəngi BMW-nin ikinci pilləyə geriləməsi isə siyahının ən çox danışılan hadisələrindən biridir.
Ekspertlər hesab edir ki, Asiya istehsalçılarının bazar payının böyüməsi və əlçatan texnoloji investisiyaları avtomobil dünyasında yeni dövrün başlanğıcıdır.
Ən Güclü 10 Avtomobil Brendi
Reytinq cədvəlində markaların güc indeksi xalları (BSI) belə formalaşıb:

İsmayıl Demokrat.az


