Maliyyə

"Atəşgah Sığorta"nın xalis mənfəəti 57% azalıb

Atəşgah Sığortanın xalis mənfəəti 57% azalıb

"Atəşgah Sığorta" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Demokrat.azxəbər verir ki, şirkət yanvar-mart aylarında 0,3 milyon manat xalis mənfəət əldə edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57% azdır.

Bu il aprelin əvvəlinə "Atəşgah Sığorta"nın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 9,8% az – 64,3 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 46,8 milyon manat (13,8% az), balans kapitalı isə 17,5 milyon manat (2,8% çox), o cümlədən nizamnamə kapitalı 5 milyon manat (dəyişməyib) olub.

Demokrat.az

D
demokrat.az