Kriminal

Goranboyda amansızcasına öldürülən qadının anası ukraynalı imiş — FOTO (YENİLƏNİB)

Goranboyda amansızcasına öldürülən qadının anası ukraynalı imiş — FOTO (YENİLƏNİB)

Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib.

1992-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi avtomobillə boşanma ərəfəsində olduğu həyat yoldaşı, 2003-cü il təvəllüdlü Sevinc Məmmədovanın sürdüyü maşına qəsdən çırpılıb.

Daha sonra o, avtomobildən düşərək Sevinc Məmmədovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisə zamanı avtomobildə olan Sevinc Məmmədovanın ögey anası, Ukrayna vətəndaşı, 1974-cü il təvəllüdlü Natalya Xudenka da həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. (nocomment.az)

xxx

Goranboyda iki nəfərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi törədilib. Hadisə rayonun Veyisli kəndi ərazisində qeydə alınıb.

Demokrat.az ajans.az-a istinadla xəbər verir ki, boşanma ərəfəsində olan şəxs həyat yoldaşını və onun anasını qətlə yetirib. Hadisəni törədən kişinin daha sonra özünün də öldüyü müəyyən edilib.

Məlumata görə, həmin şəxs kənd ərazisində öz avtomobilində gözləyib. Həyat yoldaşı anası ilə birlikdə Gəncə şəhərindən kəndə qayıdan zaman o, maşını onların üzərinə sürərək qəza törədib. Hadisə nəticəsində qadının anası aldığı xəsarətlərdən elə orada dünyasını dəyişib. Sürücü daha sonra avtomobildən düşərək həyat yoldaşına hücum edib və onun başını kəsib.

Goranboyda amansızcasına öldürülən qadının anası ukraynalı imiş — FOTO (YENİLƏNİB)
Goranboyda amansızcasına öldürülən qadının anası ukraynalı imiş — FOTO (YENİLƏNİB)

Demokrat.az

NE
Nihadə Eyyubova