Dünya Özəl

Ermənistan silah satmağa başladı

Ermənistan silah satmağa başladı

Ermənistan hərbi sənaye tarixində ilkə imza ataraq xarici ölkələrə silah satmağa başlayıb. Ölkə daxilində hazırlanan hərbi təyinatlı məhsulların ilk partiyası artıq sifarişçilərə çatdırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Hayrapetyan məlumat yayıb. Nazir qeyd edib ki, bir neçə milyon dollar dəyərində olan yerli hərbi məhsullar cari ay ərzində iki fərqli ölkəyə ixrac edilib. Təhlükəsizlik mülahizələrinə görə göndərilən silahların növləri və alıcı dövlətlərin adları rəsmi şəkildə açıqlanmır. Bu addım Ermənistanın yerli hərbi sənayesinin inkişafında yeni mərhələ kimi qiymətləndirilir.

Mxitar Hayrapetyan prosesin asan keçmədiyini və ixracın çoxsaylı logistik çətinliklər, eləcə də müxtəlif maneələr dəf edilməklə başa çatdığını bildirib. Nazir bu çətin əməliyyatın uğurla tamamlanmasında göstərdikləri dəstəyə görə Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi və Dövlət Gəlirləri Komitəsindəki həmkarlarına xüsusi təşəkkür edib.

İslam Demokrat.az

NE
Nihadə Eyyubova