Üç övladı olan məşhur müğənni Atiye yenidən ana olmağa hazırlaşır.
Atiyənin dördüncü körpəsinin də qız olacağı məlum olub.
2018-ci ildə prodüser Erol Sebebci ilə Almaniyada evlənən Atiye ailə həyatını mediadan uzaq yaşamağa üstünlük versə də, son xəbər maqazin dünyasında böyük əks-səda doğurub. .
Səhnə performansları və hit mahnıları ilə gündəmdə qalmağa davam edən Atiye şəxsi həyatını isə kameralardan uzaq saxlamağa çalışır. Məşhur cütlüyün xoşbəxt evliliyi maqazin dünyasında nümunə göstərilən münasibətlər arasında yer alır.
Leyla Demokrat.az


