Şou-biznes

Tarixi serialda çəkilən aktrisanın əsl peşəsi təəccüb doğurdu — FOTOLAR

Tarixi serialda çəkilən aktrisanın əsl peşəsi təəccüb doğurdu — FOTOLAR

Türkiyəli aktrisa Merve Çandar təcili yardım tibb bacısı olmaqdan serial dünyasına uzanan maraqlı karyera hekayəsini paylaşıb. Hazırda "Kuruluş Orhan" serialında Dafne obrazını canlandıran aktrisa həyatının bir gecədə necə dəyişdiyini danışıb.

Demokrat.az xəbər verir ki, əvvəllər təcili yarımda çalışan Mervenin sözlərinə görə, hər şey növbədə olarkən xəstə yaxını ilə qarşılaşması ilə başlayıb. Həmin şəxs tanınmış aktyor koçu olub və tibb bacısına aktyorluqla məşğul olmağı təklif edib. O ana qədər belə bir fikri olmayan Çandar bu təsadüfi təklifdən sonra sənətini dəyişmək qərarına gəlib.

Tarixi layihələrdə rol almağın uşaqlıq arzusu olduğunu deyən gənc aktrisa "Muhteşem Yüzyıl" serialına baxarkən həmişə belə bir mühitdə olmağı xəyal etdiyini bildirib. Hazırkı roluna çox qısa müddətdə, hazırlıq vaxtı olmadan seçildiyini vurğulayan Çandar atçılıq təliminin olmasının ona böyük üstünlük qazandırdığını qeyd edib.

Aktrisa həmçinin Çanakkalədən İstanbula gəlişindən, ilk vaxtlar böyük şəhərin onu qorxutmasından da bəhs edib. Aktyorluqla yanaşı şan dərsləri alan Merve Çandar boş vaxtlarında alpinizm və dalğıclıq kimi adrenalin dolu hobbilərlə məşğul olur.

Tarixi serialda çəkilən aktrisanın əsl peşəsi təəccüb doğurdu — FOTOLAR

Tarixi serialda çəkilən aktrisanın əsl peşəsi təəccüb doğurdu — FOTOLAR

Tarixi serialda çəkilən aktrisanın əsl peşəsi təəccüb doğurdu — FOTOLAR

Tarixi serialda çəkilən aktrisanın əsl peşəsi təəccüb doğurdu — FOTOLAR

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova