"MV Hondius" kruiz gəmisində hantavirus epidemiyasından sonra təxliyə edilən sərnişinlərin görüntüləri gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, karantin tədbirləri altında daşınan sərnişinlərdən birinin avtobusda maskasını çıxardığı anlar kameralara yansıyıb.
Fotoda təxliyə edilən sərnişinlərin qoruyucu kombinezonlar və maskalarla xüsusi nəqliyyat vasitələrinə mindirildiyi görünür. Lakin sərnişinlərdən birinin maskasını çənəsinə endirməsi diqqət çəkib. Görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb və istifadəçilər epidemiya zamanı görülən tədbirləri müzakirə etməyə başlayıblar.
Xarici mətbuatda yer alan xəbərlərə görə, “MV Hondius” gəmisində qeydə alınan hantavirus epidemiyası zamanı çox sayda insanın yoluxduğu, bəzi sərnişinlərin isə həyatını itirdiyi bildirilib. Rəsmilər virusun yayılma riskinə qarşı sərnişinlərin xüsusi karantin prosedurları ilə təxliyə edilməsini davam etdirirlər.

Jalə Demokrat.az


