Şou-biznes

Qızı İradə İbrahimovanı sevindirdi

Qızı İradə İbrahimovanı sevindirdi

"Qızım yüksək bal toplayıb liseyə qəbul oldu. Bizi qürurlandırdı. Onun çəkdiyi zəhmət əvvəlcə özünü, sonra isə bizi sevindirdi.Bizim üzərimizə o qədər də yük düşmürdü. Əsas öz gücüdür".

Bu sözləri müğənni İradə İbrahimova AzTV-də qonaq olarkən deyib. Qızı İpəkdən danışan sənətçinin onun yüksək balla liseyə qəbul olduğunu bildirib:

"Əlbəttə, hamımızın müəyyən əməyi var, amma təkbaşına oturub çalışan yenə də uşaqlarımızdır.Onların ətrafında xaos yaşanır: sosial şəbəkələr, qısa vieolar diqqət dağıdır. Bunlara baxmayaraq öz yollarını, gələcəklərini düşünürlərsə halaldı. Hamısının yolu açıq olsun".

Qeyd edək ki, Ceyhun İzer adlı bəylə ailə quran İ.İbrahimovanın 2 övladı var.(axsam.az)

NE
Nihadə Eyyubova