Dünya

43 ildir bu səbəbdən evlənmirlər

43 ildir bu səbəbdən evlənmirlər

Hollivudun əfsanəvi aktrisası Qoldi Houn aktyorsevgilisi Kurt Rassellə43 ildir rəsmi nikahda olmamasının səbəbini izah edib.

Axşam.az xəbər verir ki, bu barədə aktrisa "Hello" nəşrinə danışıb.Houn bildirib ki, onlar evlənməyərək özlərini qoruyurlar.

"Evlənsək, bir-birimizdən nəsə itirəcəyimizi düşündük. Bunu istəməzdik. Biz bir-birimizi hər gün seçmək istəyirik"deyə, aktrisa etiraf edib. 80 yaşlıQoldi Houn əlavə edib ki, sahibkar olmağı sevmir:

"Düşünürəm ki, Kurt da eyni hiss edir. Evlilik azad hiss etməli olduğun sahələrdən biridir. Bu, özümüz olaraq qalmağımıza kömək edir".

Qeyd edək ki, cütlük 1983-cü ildən birlikdədir.

Demokrat.az

NE
Nihadə Eyyubova