Dünya

Təyyarə piyadanı vurdu

Təyyarə piyadanı vurdu

Denver (Kolorado, ABŞ) Beynəlxalq Hava Limanında "Frontier Airlines" şirkətinə məxsus təyyarə uçuş zolağında bir nəfəri vurub. Hadisə nəticəsində təyyarənin mühərrikində yanğın baş verib və uçuş təcili dayandırılıb.

Demokrat.az xəbər verir ki, Denverdən Los-Ancelesə yola düşməyə hazırlaşan "Airbus A321" tipli təyyarədə 224 sərnişin və 7 heyət üzvü olub. Pilotlar sürət yığan zaman uçuş zolağında hərəkət edən bir şəxsi vurduqlarını bildirdikdən dərhal sonra kabinəyə tüstü dolmağa başlayıb. Sərnişinlər təhlükəsizlik qaydalarına uyğun olaraq xüsusi xilasetmə slaydları vasitəsilə təxliyə ediliblər.

Mühərrikdə yaranan alov yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb. Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırmalara başlayıb. Uçuş zolağındakı şəxsin kimliyi və orada hansı səbəbdən olması hələlik məlum deyil.

Demokrat.az

NE
Nihadə Eyyubova