Tanınmış meyxanaçı Ələkbər Yasamallı şəxsi həyatı ilə bağlı gündəmə gəlib. Sosial şəbəkələrdə sənətçinin gənc xanımla səmimi görüntüləri yayılıb.
Demokrat.az xəbər verir ki, yayılan videoda meyxanaçının avtomobildə xanımla zarafatlaşdığı və söhbət etdiyi görünür. İkilinin bu səmimi halları izləyicilərin marağına səbəb olub.
Görüntülər qısa zamanda platformalarda geniş yayılaraq müzakirə obyektinə çevrilib. Sosial media istifadəçilərinin bir hissəsi bu münasibəti normal qarşılasa da, bəziləri sənətçinin ünvanına tənqidi fikirlər səsləndirib. Meyxanaçının yanındakı xanımın kimliyi isə hələlik məlum deyil.(milli.az)
Demokrat.az

