Pediatr həkim Marcos Mazzuka axşam yeməyinin ən uyğun saatını açıqlayıb.
Demokrat.az xəbər verir ki, o, bu barədə ABC kanalına müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, şam yeməyi orqanizmin gecə istirahətinə hazırlaşdığı təbii proseslər başlamazdan əvvəl yeyilməlidir. Mazzuka qeyd edib ki, son yemək üçün ideal vaxt 20:00–20:30 aralığıdır.
Onun xəbərdarlığına görə, bu saatdan sonra yemək qəbul etmək həzm problemlərinə və yuxusuzluğa səbəb ola bilər. Xüsusilə gec saatlarda qidalanma qaraciyərin fəaliyyətinə mənfi təsir göstərir.
“Qaraciyər dəmir və B12 vitaminini emal edərək immun sistem üçün vacib olan qırmızı qan hüceyrələrinin formalaşmasında iştirak edir. Bu orqan saniyədə minlərlə kimyəvi reaksiya həyata keçirir. Gecə saatlarında ona əlavə yük vermək düzgün deyil”, — deyə həkim izah edib.
Mütəxəssis vurğulayıb ki, sağlam həyat tərzi üçün düzgün qidalanma rejimi ən vacib amillərdən biridir.
İsmayıl Demokrat.az


