Tanınmış aktrisa Afra Saraçoğlunun Kopenhagen səfəri onun şəxsi həyatı ilə bağlı yeni iddiaların yaranmasına səbəb olub. Məşhur aktrisanın Danimarka paytaxtında keçirdiyi vaxt medianın və pərəstişkarlarının diqqətindən qaçmayıb.
Demokrat.az xəbər verir ki, Afra Saraçoğlunun adı iş adamı Poyraz Yosmaoğlu ilə birgə çəkilir. Aparıcı Ece Erkenin iddiasına görə, cütlük Kopenhagendə konsertlərin birində görüntülənib. Aktrisanın sosial şəbəkə hesabında bu şəhərdən paylaşdığı fotoya ürək emojisi əlavə etməsi söz-söhbətləri daha da alovlandırıb. Ece Erken məsələ ilə bağlı bunları bildirib:
"Afra Saraçoğlunun Poyraz Yosmaoğlu ilə Kopenhagendə olduğu deyilir. Afra paylaşdığı fotoya ürək işarəsi qoyub. Mənə gələn məlumata görə, o, ora dostları ilə gedib".
Hazırda gənc aktrisa bu xəbərlərlə bağlı heç bir şərh verməyib.








