Məşhur ekran işinin aktyor heyəti genişlənməkdə davam edir. Hər həftə maraqlı hadisələrlə yadda qalan layihəyə bu dəfə gənc və istedadlı sima daxil olur.
Demokrat.az xəbər verir ki, "Kızılcık şerbeti" serialına Yiğit Kalkavan transfer olunub. Aktyor mövsümün finalına cəmi dörd seriya qalmış komandaya qoşulacaq. O, süjet xəttində Asaf obrazını canlandıracaq.

Qeyd edək ki, Yiğit Kalkavan bundan əvvəl "Yarqı" serialındakı çıxışı ilə tamaşaçıların rəğbətini qazanmışdı. Hazırda izlənilmə rekordları qıran ekran işinin baş rollarında Seray Kaya və Emre Dinler çıxış edir.
Yeni personajın gəlişinin hekayəyə necə təsir edəcəyi isə izləyicilər üçün maraq doğurur.
Aytən Demokrat.az


