Məşhur aktrisa Hira Koyuncuoğlu həyatında yeni səhifə açmaq qərarına gəlib.
Demokrat.az xəbər verir ki, tanınmış sima iki ildir sevgi münasibətində olduğu Baran Sulhanla nişanlanıb. AMərasim ailə arasında və xüsusi hazırlıqla baş tutub.
Hira Koyuncuoğlu son dövrlər "Ayazın sonu güneş" serialındakı obrazı ilə gündəmdədir.
Aktrisa öz xoş günündən fotoları izləyiciləri ilə paylaşıb. Onun nişan mərasimindən görüntülər qısa zamanda minlərlə bəyənmə toplayıb.
Jalə Demokrat.az


